Ziya Quliyev rəis təyin edildi

Ziya Quliyev rəis təyin edildi

Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.

Report-un verdiyi məlumata görə, Azərişıq ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Ziya Quluyev gətirilib.

Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi Vidadi Babayev bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR