Ölkə 11:28 22.01.2020

Zooparkdakı təmirə görə heyvanlar bu ərazidə saxlanılır

Bakı Zooparkında təmir işləri başlayandan sonra heyvanların oradan köçürülüb.

Qaynarinfo xəbər verir ki, bunu BAKU.WS-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O, əlavə edib ki, bütün heyvanlar karatində saxlanılır: "Zoopark fəaliyyətini dayandırdıqdan sonra bütün heyvanlar oradan çıxarılıb. Artıq bir ildir ki, heyvanlar Qaradağ rayonunda qaqalı vəziyyətdə karatində saxlanılır".

Qeyd edək ki, təmirə qədər Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılırdı.

Xatırladaq ki, hazırda Bakı Zooparkı genişləndirilərək əsaslı təmir edilir və heyvanların şəraiti yaxşılaşdırılır. Təmir işləri bitdikdən sonra parkın fəaliyyəti davam etdiriləcək. Parkın ərazisi 2.25 hektar olsa da, təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra bu, 4.25 hektara qədər artırılacaq.