Ölkə 18:44 03.09.2017

Üzr istəməyə dəyərmi? (FOTOLAR)

Əgər, siz üzr istəməyi bacarırsınızsa, bu sizi intellektual və mədəni insan edir. Lakin bu vərdiş halına çevrilirsə, demək təhlükə artıq başlayıb. Çox üzr istəmək və yaxşı görünmək sizə özünüz olmağa imkan vermir və siz öz çatışmazlıqlarınızı gizlədirsiniz, bunun nəticəsində ortaya çox süni bir insan çıxır.

"Qaynarinfo" sizə 9 şeyə görə heç vaxt üzr istəmək lazım olmadığını təqdim edir:

1. Yalnız özünüzü düşünürsünüz


Bizi uşaqlıqdan öyrədirlər ki, yalnız özünü düşünmək eqoistlikdir. Təbii olaraq, bu hal sonradan öz rifahınızı və özünüzə xoş olan şeyləri etdiyiniz zaman vicdan əzabı çəkməyinizə səbəb olur. Lakin bu hiss sizdə olmasa ,həyatınızı istədiyiniz kimi yaşamaq imkanınız olmayacaq.

2. Emosialarınızı ifadə etməyiniz


Sizin cinsiyyətinizin nə olmasından asılı olmayaraq, emosiyalarınız var. Kişilər də ağlamağı bacarır və burda utanılacaq heç nə yoxdur.

Siz kədər, darıxmaq, kədər, qəmginlik hiss edə bilərsiniz. Siz axı robot deyilsiniz, canlısınız.

3. Bağışlamağınıza görə


Bağışlamağı bacarmaq sizi xeyirxah edir. Bu xüsusiyyətə böyük və təmiz ürəyi olan insanlar malikdir. Qoy, sizin ətrafınızdakı insanlar sizin düşmənlərinizi bağışlamağınıza təəccüblənsin. İnsanların düşüncələrinə görə, heç bir qəddarlığı qəlbinizə yaxın buraxmayın.

4. Əqidənizə görə


Öz prinsipləri və əqidəsi olan insanlar hörmətə layiqdir. Əgər siz bu xüsusiyyətlərinizi qoruyur və dəstəkləyirsinizsə, o zaman sizə alqış düşür. Öz prinsiplərinizə görə heç kimdən üzr istəməyin və heç kimin prinsiplərinə də hörmətsizlik etməyin.

5. Fərqliliyinizə görə


Siz fərqlisinizsə, buna görə üzr istəməyə dəyməz, əksinə özünüzü xüsusi hiss etməlisiniz. Bəlkə, bu fərqlilik sizin ən yaxşı xüsusiyyətinizdir.

6. Vaxtınızı kiminlə və necə keçirdiyinizə görə


Siz vaxtınızı istədiyiniz şəkildə bölə bilərsiniz. Anlamaq lazımdır ki, vaxt çox qiymətli resursdur. Və onu sevmədiyiniz işlərə və insanlara ayıraraq, xoşbəxt anların sayını azaltmayın. 

7. Yaşadığınız uğursuzluğa görə


Öz uğursuzluğuna görə üzr istəmək axmaqlıqdır. Nələrisə etməyə cəhd etdiniz və alınmadı, bu yerində saymaqdan daha yaxşıdır. Mənfi təcrübənin özü də təcrübədir.

8. Gəncliyinizə görə


Hər birimizin gənckən etdiyimiz səhvlərə görə peşimançılıqlarımız var. Lakin bir şeyi unutmayın ki, bütün müdrik insanlar gənc olub və çoxlu səhvlər ediblər. O səhvlərin sayəsində də müdrikliyə çatıblar. Ona görə də həyatın bu qaçılmaz səhvlərinə görə utanmağa dəyməz.

9. Xarici görünüşünüzə görə


Hara baxsaq, gözəl insanlarla əhatə olunmuşuq. Televizor, jurnal və sosial şəbəkələr doludur bu cür insanlarla. Bunlar sizi kompleksə sala bilər. Birinci sakitləşin və dərindən nəfəs alın, gördüyünüz o gözəlliklərin çoxu fotoşopdur. İkincisi isə fotolarda hamı gözəl çıxmaya bilir. Əgər siz moda və gözəlliklə barışa bilmirsinizsə, rahat olun, və onlara fikir verməyin. 

Lalə Niftalıyeva

Qaynarinfo.Az