Texnologiya 10:45 29.03.2018

Zükerberq ABŞ konqresində ifadə verəcək

"Facebook" şirkətinin yaradıcısı Mark Zükerberq ABŞ Senatında ifadə verəcək. 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, proses bir neçə həftə içində baş tutacaq. Daha əvvəl Zükerberqin İngiltərə parlamentində də ifadəsi tələb edilmiş, lakin o, rədd cavabı vermişdi.

Qeyd edək ki, "Facebook"a bağlı tətbiqetmə vasitəsilə 50 milyon istifadəçinin məlumatları toplanıb və "Cambridge Analytica" adlı şirkət tərəfindən ABŞ, İngiltərədəki seçkilərə təsir etmək məqsədilə istifadə olunub. Məsələ böyük səs-küyə səbəb olmuş, Zükerberq belə qeyri-qanuni hadisənin baş verməsinə görə üzr istəmişdi. Hadisə ilə bağlı istintaq prosesinə start verilib. 

Qalmaqaldan sonra şirkətin səhm hissələrinin dəyərində 2012-ci ildən bəri ilk dəfə eniş müşahidə olunub.

Hətta şirkət əleyhinə "delete facebook" ("facebook" hesabını sil) adlı etiraz kampaniyası təşkil edilib.

İnformasiya təhlükəsizliyinə görə "Google" və "Twitter" rəhbərlərinin də konqresə dəvət edildiyi bildirilir. 

Gülşən