Maqazin 18:00 02.12.2022

Tanınmış müğənni Fərdanın onu aldatmasından danışdı - Sabah tezdən dəstənizlə...

"Uşaq kimi adamam, hamıya inanıram. Hamı da məni aldadır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov deyib. Sənətçi buna səbəbin sadəlövhlüyü olduğunu bildirib.

"İllər öncə aktyor Fərda Xudaverdiyev mən boyda kişini aldadıb. Bir ildən də çox küsülü qaldıq. Axırda bizi Zaur Baxşəliyev barışdırdı. Ondan sonra dedim ki, daha aldanmayacam. Elə şeylər var ki, adam sonradan özünə bağışlamır. Fərda zəng edib dedi ki, sabah dəstənizlə hava limanında olun, mən də inandım ona. Aprelin 1-də səhər tezdən getdik hava limanına, gözləyirəm, bu gəlmir, zəng edirəm, telefonu götürmür. Sən demə, mənimlə aprel zarafatı edib. Mənə təsir etdi, biri var məni tək aldat, biri də var heyətimlə. Qayıdıb gəldim evə”.

Əlikram Bayramov deyir ki, həmin hadisədən sonra kim hara dəvət edirsə getmir:

"Bu yaxınlarda zəng edib dedilər ki, Avropada konsert var, dedim, getmirəm. Nə qədər etdilərsə, getmədim. Xaricdə nə işim var? Zarafat olar e, amma bu dərəcədə yox da. Elə şeylər var ki, adam bağışlamır”.

Bahar Rüstəmli