Əməkdaşlıq təklifi

Qaynarinfo qeyri-kommersiya təşkilatlarına xüsusi əməkdaşlıq forması təklif edir. 

Biz QHT-lərin, siyasi partiya və ictimai təşkilatların kommersiya qurumu olmadığını anlayırıq. Ona görə də, kommersiya qurumlarına təklif etdiyimiz (1 press-reliz üçün 300 AZN) qiymətləri onlardan tələb etmirik.

Lakin bu təşkilatların da Qaynarinfo-nun kommersiya qurumu olduğunu anlayışla qarşılayacağına ümid edirik. Bizim də böyük xərclərimiz var və fəaliyyətimiz reklam gəlirlərindən asılıdır.

Ona görə də bütün tərəflər üçün faydalı sayıla biləcək təklif hazırladıq.

Təklifimiz bu təşkilatların Qaynarinfo-ya illik korporativ abunə olması və qarşılığında Qaynarinfo-nun seçilən paketə uyğun olaraq, təşkilatların press-relizlərinin pulsuz dərc olunmasından ibarətdir.

Korporativ abunə paketlərimizə uyğun olaraq, üç variant təklif edirik:

I variant - 590 AZN

10 üzvün illik abunəsi
Ayda 2 pres-relizin pulsuz dərci

II variant - 790 AZN
Ayda 3 pres-relizin pulsuz dərci

III variant - 990 AZN
Ayda 4-5 pres-relizin pulsuz dərci

1 xəbərin dərci üçün müraciətlər üçün SEÇİLMİŞ ET paketi:

Bu halda xəbər saytda yerləşdirildiyi andan etibarən 10 dəqiqə ərzində ona ən azı 30 AZN-lik reklam yüklənməlidir. 

Bunun üçün:

1. Öncə mütləq qeydiyyatdan keçməli, qeydiyyatınız varsa, daxil olmalısınız.

2. Xəbər lentdə görünən anda, ona daxil olub, ən aşağı hissədə "R" hərfini klikləyir, orda təklif olunan variantlardan "Seçilmiş et" düyməsini klikləyir, daha sonra orda təklif olunan 30 AZN-lik seçim əsasında kartla ödəniş etməlisiniz.

Bu paket sizin xəbəri 5 gün ərzində Qaynarinfo da daxil olmaqla 5 saytda (Qaynarinfo.az, Valyuta.Az, Fanat.Az, Hit.Az, ANN.Az) ümumilikdə 10 000 dəfə ən yaxşı seçilmiş yerdən oxuculara göstərəcək.

Daha sonra da xəbər saytda qalmağa davam edəcək.

Əks halda, yəni 10 dəqiqə ərzində xəbərə ən azı 30 manatlıq reklam paketi yüklənməyəcəksə, sistem xəbəri həmişəlik deaktiv edəcək! 


 

Əlavə məlumat üçün:

Tel: 050 243 00 99