Dünya 13:22 19.10.2018

1 pələngi tutmaq üçün 150 nəfərlik ovçu qrupu yaradıldı

Hindistanın Maharaştra əyalətində dişi pələngin tutulması üçün 150 nəfərlik xüsusi komanda yaradılıb.

Qaynarinfo xəbər verir ki, 10 aydır davam edən əməliyyatda 150 peşəkar ovçu iştirak edir. Bu günə qədər 13 nəfəri öldürən pələngin vurulması üçün rəsmi qərar çıxarılıb. Heyvan haqları uğrunda mübarizə aparan şəxslər qərara etiraz etsələr də, Ali Məhkəmə onların istəklərini rədd edib. 

Bildirilir ki, meşələr zəbt edildiyi üçün bu canlılar qida tapmaq məqsədilə yaşayış yerlərinə gəlir və insanlara hücum edir.

Qeyd edək ki, 2014-cü ilki məlumata görə, Hindistanda 2226 pələng yaşayır. Bu, dünyadakı pələng sayının azı yarısına bərabərdir.

Gülşən