Xəbər lenti

İdman 19:06 25.04.2024

Millimiz özbəklərə də məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.
 
Qaynarinfo-nun məlumatına görə, yığmamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
U-17 turnirdəki son oyununu aprelin 28-də, Bakı vaxtı ilə saat 13:00-da Tacikistan yığmasına qarşı keçirəcək.

U-17 millisi ilk matçında Belarus kollektivinə 0:4 hesabı ilə məğlub olmuşdu.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->