Dünya 17:05 17.10.2013

11 Nobel laureatı Putinə məktub ünvanladı

11 Nobel laureatı Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb. 

Anspressin məlumatına görə, bu barədə “pravda.ru” məlumat yayıb. Laureatlar Putini "Prirazlomnaya” platformasında saxlanılan “Arktik Sanrayz” gəmisindəki 30 fəala qarşı quldurluq ittihamları irəli sürməkdən imtina etməyə çağırıb. 

Alimlər hesab edirlər ki, istənilən ittiham beynəlxalq və Rusiya qanunlarına əsaslanmalıdır. Məktubda həmçinin Arktikadan neft çıxarılacağı təqdirdə faciəvi nəticələrə gətirib çıxara biləcəyi vurğulanır. Nobel mükafatçıları arxiyepiskop Desmond Tutu və aktivist Leyma Qbovi və başqalarına da məktub ünvanlayıblar. 

Daha əvvəl Vladimir Putinə Greenpeace Kumi Naydu saxlanılanların buraxılması ilə bağlı müraciət edib.

Qaynar.info