Dünya 10:07 11.09.2013

11 sentyabr terrorundan 12 il il ötür

Bu gün ABŞ-ın tarixində ən dəhşətli terror aktının ildönümüdür. 2001-ci il sentyabrın 11-də “Əl Qaidə” terrorçuları dörd sərnişin təyyarəsini ələ keçiriblər. Onlar təyyarələrdən ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzininin qüllələrinə, digər ikisini isə Pentaqon və çox güman ki Ağ Ev və ya Kapitaliyə yönəldiblər. Sonuncu istisna olaraq, bütün təyyarələr hədəfə çatıblar. İstintaqın məlumatına görə, ələ keçirilən təyyarənin sərnişin və heyət üzvləri terrorçulara müqavimət göstəriblər və Vaşinqtonda ikinci terror aktı baş tutmayıb. Beləliklə, təyyarə insanların olmadığı yerdə qəzaya uğrayıb, göyərtəsindəkilərin hamısı həlak olublar.

“World Trade Center” (Dünya Ticarət Mərkəzi) terrorçu kamikadzelərin hücumu ilə dağıdılıb. Amerika hava yollarının Boston reysi üzrə hərəkət edən reaktiv təyyarəsi göyərtəsində 92 sərnişin ilə birlikdə Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. Bundan 18 dəqiqə sonra ikinci təyyarə digər binaya çırpılıb. Nəticəsində hər iki bina yanmağa başlayıb və bir müddətdən sonra binalar tamamilə çöküb.

Ümumiliklə 11 sentyabr terroru nəticəsində 2974 nəfər həlak olub, 24 nəfər itkin düşüb. Terror zamanı 19 terrorçunun da öldüyü bildirilir. Hər il sentyabrın 11-də Amerika xalqı bu günü yad edir, ölən və itkin düşənlərin xatirəsinə şam yandırılır.//Anspress