Foto 09:14 10.02.2018

121 metr yüksəklikdə toy (FOTOLAR)

Amerikalı macərapərəst cütlük 121 metr yüksəklikdə evlənərək dünya mediasına düşüblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Rayan CenksKimberli Veqlin ABŞ-ın Yuta ştatındakı kanyonların birində ötən il təşkil olunan ekstrim idman oyunları festivalında tanış olublar.

Adrenalin həvəskarı olan cütlük evlilik məkanı olaraq da tanış olduqları kanyonu seçiblər. Kanyon üzərində iplərlə hörülən torun üstündə təşkil olunan mərasim maraqlı fotolarla da yadda qalıb.

Mərasimdən sonra yeni ailə qurmuş cütlüyün dostları paraşütlə şou göstərib, ip üzərində yeriyiblər. Kimberli Veqlin 121 metr yüksəklikdə, hörümçək toru üzərində ailə qurmağın həyatının ən romantik anı olduğunu deyib.

Nikah mərasimində kiçik bir qəza da baş verib. Belə ki, bəyin şahidi üzüklərdən birini yerə salıb, lakin xoşbəxtlikdən üzük tora ilişdiyi üçün yarğana düşməyib.