Dünya 18:26 10.09.2020

Kreml: Belarusdakı etirazlar o demək deyil ki, Lukaşenko...

Belarusdakı etiraz aksiyaları bu ölkənin daxili işidir və digər dövlətlərin bu işə qarışmaması lazımdır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib və əlavə edib ki, belaruslar ortaya çıxan ziddiyyətləri özləri həll etməlidirlər.

Peskov seçkilərdən sonra hər hansı bir ölkədə həmişə narazılığın olduğunu və məsələnin bu insanların çoxluqda və ya azlıqda olduğunu deyib. O, Belarus mitinqləri ilə bağlı qeyd edib ki, orada müxalifətdə olanlardan başqa "prezidentlərini səmimi olaraq dəstəkləyən çox sayda Belarus” var. "Kütləvi etirazlar bütün belarusiyalıların Lukaşenkoya tamamilə qarşı olduqları anlamına gəlmir", - Peskov bildirib.