Dünya 15:16 14.08.2018

14 yaşlı yeniyetmə qubernator olmaq niyyətindədir

14 yaşlı Etan Sonneborn ABŞ-ın sabah Vermont ştatında keçiriləcək seçkilərdə qubernator olmaq üçün mübarizə aparacaq.

Qaynarinfo xəbər verir ki, ştatda namizəd olmaq üçün yaş məhdudiyyəti yoxdur, bu səbəbdən Sonneborn digər 3 namizədə rəqib ola bilib. Ştat və ölkə rəsmilərinin addımlarının onda yaratdığı təəssüf hissi Etanı qubernator vəzifəsinə namizədliyini verməyə vadar edib. 

Qeyd edək ki, yeniyetmə Demokratlar Partiyasından namizədliyini irəli sürüb və seçkilərdən sonra koalisiya yaratmaq fikrinə müsbət yanaşır.

Gülşən