Dünya 10:40 25.02.2018

2 məşhur aktrisa dünyasını dəyişdi

Bollivud ulduzu Sridevi Kapur və ingilis aktrisa Emma Çambers dünyasını dəyişib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 54 yaşlı Sridevi Kapur Dubayda yaxınının toy mərasimində iştirak edən zaman vəfat edib. Ölüm səbəbi kimi infarkt göstərilir. Sridevi Kapur aktrisa kimi 150-dən çox filmdə iştirak edib. Bu siyahıda "Mr India", "Chandni", "ChaalBaaz" və "Sadma" kimi klassik filmlər var. 

Britaniyalı aktrisa Emma Çambers isə 53 yaşında dünyaya gözlərini yumub. O, "Notting Hill", "The Vicar of Dibley", "Martin Chuzzlewit", "How Do You Want Me?" və s. filmlərdə iştirakı ilə yadda qalıb. Çambersin təbii səbəblərdən öldüyü qeyd olunur.

Gülşən