Dünya 16:54 12.07.2018

20 nəfəri öldürən tibb bacısı həbs edildi

Yaponiyada 31 yaşlı tibb bacısı Ayumi Kuboki 20 nəfəri zəhərləyərək öldürməkdə ittiham edilir.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, 2 nəfərin ölümündə ittiham edilən Kuboki 20-ə qədər xəstənin həyatına son qoyduğunu etiraf edib. O, vəziyyəti ağır olan şəxslərə antiseptik maddə inyeksiya edib. 

Ayumi Kuboki həmin şəxslərin ailələrinə ölüm xəbərini verməkdən xilas olmaq istəyib. O, maddəni elə bir vaxtda inyeksiya edib ki, ölüm hadisələri digər şəxsin növbəsi zamanı baş versin.

Gülşən