Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb.APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
O qeyd edib ki, tikintisi başa çatan binada təmir işləri aparılır və evlər jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.
Qaynar.info
Şərhlər