Xəbər lenti

Çətirsiz günlərin sayı azdır... - Avropanın ən çox yağış yağan şəhərləri (SİYAHI)
Dünya 22:41 02.05.2024

Çətirsiz günlərin sayı azdır... - Avropanın ən çox yağış yağan şəhərləri (SİYAHI)

Hava şəraiti tətilimizin necə keçməsinə çox təsir edir. Bəziləri üçün bütün planları cəhənnəm istisi və meşə yanğınları, bəziləri üçün isə aramsız yağışlar və qasırğalar nəticəsində məhv ola bilər.

Qayanrinfo xəbər verir ki, bütün tətili əlində çətirlə keçirmək istəməyənlər üçün "Holidu" mütəxəssisləri "World Weather Online" məlumatlarına əsaslanaraq, Avropanın ən yağışlı şəhərlərinin reytinqini tərtib ediblər. Qiymətləndirmə ayda yağışlı günlərin orta sayına və orta gündəlik yağıntı statistikasına əsaslanır.

Eyni zamanda, mütəxəssislər qeyd edir ki, güclü yağış həmişə pis bir şey deyil, çünki bu şəhərlərdə çoxlu nəmlik sayəsində turistlərə inanılmaz sulu yaşıl mənzərələr təmin edilir.

Norveçin Bergen şəhəri ayda ən çox yağışlı gün sayı (13), həmçinin ən yüksək orta gündəlik yağıntı (8,8 mm) ilə reytinqə başçılıq edir. Eyni zamanda, Bergen ölkənin cənub-qərb sahilində, yaşıl dağlar və təsirli fiyordlar arasında yerləşir ki, bu da onu təbiət həvəskarları üçün ideal yer edir.

Reytinqdə ikinci yerdə Böyük Britaniya adasının iki şəhəri - İngiltərənin Sanderlend və Şotlandiyanın Qlazqo şəhərləri qərarlaşıb. Onların hər birində ayda orta hesabla 11 yağışlı gün olur.

Avropanın ən yağışlı 15 şəhəri
1. Bergen, Norveç (ayda orta hesabla 13 yağışlı gün).
2. Sanderlend, İngiltərə, Böyük Britaniya (11 gün).
3. Qlazqo, Şotlandiya, Böyük Britaniya (11 gün).
4. Braşov, Rumıniya (8 gün).
5. Auqsburq, Almaniya (8 gün).
6. Milan, İtaliya (8 gün).
7. Belfast, Şimali İrlandiya, Böyük Britaniya (9 gün).
8. Suonsi, Uels, Böyük Britaniya (8 gün).
9. Lion, Fransa (8 gün).
10. Viqo, İspaniya (7 gün).
11. Sarayevo, Bosniya və Herseqovina (8 gün).
12. Stockport, İngiltərə, Böyük Britaniya (9 gün).
13. Münhen, Almaniya (8 gün).
14. Kluj-Napoka, Rumıniya (8 gün).
15. La Korunya, İspaniya (7 gün).

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->