Xəbər lenti

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
İdman 09:29 17.05.2024

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb.

Qaynarinfo milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub.

Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->