Xəbər lenti

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər
Ölkə 12:17 17.05.2024

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

Qaynarinfo xəbər verir ki, bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O qeyd edib ki, onların sayı 3-dür.

"Yanaşma kolleclərin birdən-birə köçürülməsi deyil. Təkliflərimiz arasında bu istiqamət də nəzərə alınıb. Lakin hansı prizmada olacağını indidən demək doğru olmaz. Ola bilər Qarabağ Universiteti nəzdində kollec yaradılsın, ola bilər, müstəqil fəaliyyət göstərsin, ola bilər ixtisaslar dəyişdirilməklə yaradılsın və s. və i. Lakin işğaldan azad edilmiş ərazilərimizdə peşə məktəblərimiz də, orta ixtisas müəssisələrimiz də olacaq", - deyə direktor qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->