Dünya 19:33 22.03.2018

2018-ci ilin 5 geosiyasi təhlükəsi

ABŞ-ın Atlantik Şurası təşkilatı 2018-ci ilin 5 ən böyük geosiyasi təhlükəsini açıqlayıb.

Qaynarinfo həmin siyahını təqdim edir:

1. ABŞ prezidenti Donald Trampın Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi barədə istintaq prosesindən sonra istefası.

2. Tramp hökümətinin alüminium və polada tətbiq etdiyi vergilərdən sonra ehtimal edilən ticarət müharibəsi.

3. Vladimir Putinin 4-cü dəfə prezident seçilməsindən sonra yaşana biləcək qarşıdurmalar.

4. May ayında gerçəkləşəcək ABŞ-Şimali Koreya görüşünün Koreya yarımadasında müharibəyə səbəb olması.

5. Trampın may ayında İranla imzalanmış nüvə razılaşmasından imtina etməsi. 

Gülşən