Ölkə 09:23 05.03.2018

Metroda problem yarandı

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: "Nasazlığı aradan qaldırmağa çalışırıq”.