Dünya 12:05 14.03.2018

Afrində son vəziyyət

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatının 54-cü günüdür.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 20 yanvarda başlayan və Azad Suriya Ordusu tərəfindən dəstək verilən əməliyyat nəticəsində öldürülən PKK-PYD və İŞİD terrorçularının sayı 3400 nəfərə çatıb. 

Ötən gün 1 evdə axtarış aparılarkən bomba partlayıb və 8 TSQ üzvü, 2 Azad Suriya Ordusunun əsgəri yaralanıb. Xəstəxanaya yaralı vəziyyətdə çatdırılan Orxan Sürmən isə şəhid olub. 

Afrin şəhər mərkəzi bir neçə gündür ki, mühasirədədir. Bu günə qədər 216 nöqtə terrorçulardan azad edilib.

Gülşən