Xəbər lenti

Dünya 20:36 14.03.2018

Ərdoğan Rusiyaya səfər edəcək

Putin və Ərdoğan görüşünün tarixi bəlli oldu.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rus-Türk Əməkdaşlıq Şurasının iclası üçün aprelin 3-də Ankarada bir araya gələcək.

Qaynarinfo Haber7.com-a istinadən xəbər verir ki, bu barədə Moskvada həmkarı Sergey Lavrovla görüşü zamanı Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu məlumat verib. O, bildirib ki, Ankaradakı görüşün ardından Astana prosesinin qarant ölkələri olan Rusiya, Türkiyə və İran liderlərinin İstanbulda ikinci zirvə sammiti baş tutacaq.

Görüşdə Ərdoğanın yaxın zamanda Rusiyaya səfər edəcəyi də açıqlanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->