İdman 17:38 19.04.2018

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçirilir.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5.

Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan),  Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.