Dünya 12:00 22.05.2018

ABŞ Şimali Koreyanı hədələdi

ABŞ-ın vitse-prezidenti Mayk Pens prezident Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında iyun ayında planlaşdırılan görüş barədə danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pens zirvə barədə irəliləyişin baş verməyəcəyi təqdirdə Trampın bu görüşdən imtina edə biləcəyini bildirib və Şimali Koreyanın belə bir mövqeyinin "böyük yanlış" olduğunu deyib. Pens çıxışında vurğulayıb ki, iki ölkə arasında razılıq əldə edilməsə, Şimali Koreya Liviyanın aqibətini yaşaya bilər.

Qeyd edək ki, tərəflərin görüşü 12 iyunda Sinqapurda planlaşdırılır. Ötən günlərdə Şimali Koreya Cənubi Koreya və ABŞ-ın hərbi təlimlərinə narazılığını bildirmiş, sülhə qarşı təhlükə adlandırmışdı. 

Gülşən