Xəbər lenti

Ölkə 16:51 22.05.2018

Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq etdi

"Təəssüflər olsun ki, bəzi abituriyentlər ikinci, yəni yay imtahanına qanun-qaydanı pozmaq üçün gəlirlər".

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yay imtahanında hansısa qayda pozuntusuna yol verən abituriyentlərin ilk imtahanda əldə etdikləri nəticələri də ləğv olunacaq:

"İstər yaz, istərsə də yay imtahanında qaydaları pozan abituriyentlərin bütün nəticələri ləğv olunacaq və onların bu il üzrə heç bir imtahan nəticələri olmayacaq”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->