Xəbər lenti

Çin nüvə silahı ilə bağlı ABŞ ilə danışıqlardan imtina etdi
Dünya 14:11 02.05.2024

Çin nüvə silahı ilə bağlı ABŞ ilə danışıqlardan imtina etdi

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ və Çin 2023-cü ilin noyabrından bəri nüvə silahlarına nəzarət üzrə dialoq aparmır. Pekin bu bəyanata cavab olaraq "meqafon diplomatiyası"ndan istifadəni dayandırmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Semafor” nəşri məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü "Semafor”a bildirib ki, Çin növbəti görüşdən imtina edib və təqdim edilən variantlara mənalı cavab verməyib.

Vaşinqton Pekinə nüvə və kosmik sahədə münaqişə və ya eskalasiya riskləri ilə mübarizə aparmaq üçün "ağıllı addımlar" təklif edib. Plana ölkələr arasında kommunikasiyaların təkmilləşdirilməsi, həmçinin ballistik raket sınaqlarının buraxılması üçün xəbərdarlıq sisteminin yaradılması və kosmosda gərginliyin azaldılması səyləri daxildir.

Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Lü Penyuh Dövlət Departamenti nümayəndəsinin sözlərinə cavab olaraq, nüvə silahlarına nəzarət üzrə gələcək danışıqlar üçün böyük nüvə arsenalına malik ölkələri arsenalını əhəmiyyətli dərəcədə azaltmağa çağırıb.

Xatırladaq ki, ABŞ və Çin 2023-cü ilin noyabrında Vaşinqtonda silahlara nəzarət üzrə məsləhətləşmələr keçirib. 2024-cü ilin aprelində ABŞ ilk dəfə Asiya-Sakit okean regionunda orta mənzilli yerüstü raket sistemlərini yerləşdirib. Təlim çərçivəsində Filippində "Typhon" sistemləri yerləşdirilib. Əvvəllər bu cür silahlar Rusiya-ABŞ arasında imzalanmış Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqaviləyə əsasən qadağan edilmişdi.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->