Xəbər lenti

Robert Fikonu güllələyin şəxs 8 ildə pasifistdən radikala çevrilib
Dünya 19:35 16.05.2024

Robert Fikonu güllələyin şəxs 8 ildə pasifistdən radikala çevrilib

Slovakiyanın baş naziri Robert Fikonu güllələyən Juraj Cintula 8 il ərzində pasifistdən (Pasifizm - zorakılıq və onun yox olması naminə müqavimət ideologiyası) radikala çevrilib. 

Qaynarinfo xəbər verir ki, bunu ölkənin müdafiə naziri Robert Kalinyak deyib.

"Səkkiz il ərzində o, pasifistdən radikallığa keçdi", deyə müdafiə nazirin müavini bildirib.

Nazir təsdiqləyib ki, 2016-cı ildə 71 yaşlı Cintula Slovakiyada qeydiyyatdan keçməyən və 2022-ci ildə fəaliyyətini dayandırmış ekstremistlərlə əlaqəli 2Slovensky branci" hərbiləşdirilmiş təşkilatının təşkil etdiyi görüşlərdən birində olub.

Fikonu güllələyən şəxs 8 il əvvəl təşkilat üzvlərini zorakılıqdan əl çəkməyə və onlara şeirlərini oxumağa çağırıb. Nazir həmçinin Slovakiya mətbuatında "Slovensky branci"nin "Rusiyayönlü təşkilat" olması ilə bağlı yayılan iddiaları rədd edib. 

"Mən onların rusiyapərəst fikirləri barədə heç nə bilmirəm", deyə müdafiə naziri bildirib.

Qeyd edək ki, mayın 15-i axşam saatlarında Slovakiyanın baş naziri Robert Fiko Gandlova şəhərində Nazirlər Kabinetinin iclasından sonra baş verən atışmada yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbirin sonunda siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdihamdan bir neçə atəş səsi eşidilib və Fiko yerə yıxılıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, Fikonu 71 yaşlı yazıçı Juraj Cintula vurub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->