Ölkə 13:10 24.05.2018

Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, "Azneft” dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - "Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq