Ekonomiks 16:43 10.06.2018

Kriptovalyutaları bu il nə gözləyir?

2017-ci ildə haqqında ən çox danışılan kripto valyutaları 2018-ci ildə nələr gözləyir?


Qaynarinfofuturist qadınlardan olan Ufuk Tarhanın NTV-yə verdiyi açıqlamanı nəzərinizə çatdırır:

 

"2017-ci ildə dünya aralarında ən çox tanınan Bitcoin kimi 1500 fərqli kripto valyuta ilə tanış oldu. Hazırda nisbətən durğunluq müşahidə olunsa da, bu sahədəki inkişaf yüksələcək.

 

2018-ci ildən etibarən kripto valyuta və blockchain istifadəsi qarşısıalınmaz səviyyəyə qalxaraq bütün dünyada əsas mübadilə formasına çevriləcək. Dünya yeni, vasitəsiz, vergisiz, komissiyasız, birbaşa alış-verişdən geniş şəkildə istifadə edəcək.

 

Belə ki, hətta indidən Tesla, eBay, PayPal, Microsoft, McDonalds, Zynga, ReMax-London Bitcoin istifadə etməyə başlayacaqlarını açıqlayıblar. İsveçrə hökuməti vergi ödənişlərini Bitcoin ilə qəbul etməyə başlayıb. Dubay isə dünyanın ilk blockchain şəhəri olmaq istədiyini bildirib. Bunlar isə vəziyyətə ciddi yanaşmaq üçün kifayət qədər güclü iqtisadiyyatı və büdcəsi olan şirkətlərdir. Hələki Bitcoin rəqəmsal dollar kimidir və bütün digər pul növləri onu izləyir”.

 

Nərmin Həsənli