Dünya 17:38 19.08.2019

50 il əvvəl yazılmış məktub tapıldı

ABŞ-ın Alyaska ştatında şüşədə bir rus hərbiçisi tərəfindən 50 il əvvəl yazılmış məktub tapılıb. 

Qaynarinfo xəbər verir ki, məktubu Şişmaref şəhərində ovçuluq edib, odun toplayan Tayler İvanoff tapıb. Məktub rusca yazıldığından və İvanoff rusca bilmədiyindən tapdığını sosial media hesabında paylaşaraq rus dilini bilən dostlarından kömək istəyib. 

O, dostları sayəsində məktubun 20 iyun 1969-cu ilə aid olduğunu və Anatoli Botsanenko tərəfindən yazıldığını öyrənib. Məktubdan xəbərdar olan Rusiyanın "Rusiya-1" dövlət kanalı məktubun sahibi Botsanenko ilə əlaqə saxlayıb.
 
Qeyd edək ki, Botsanenko məktubun ona aid olmasına şübhə etsə də, öz imzasını gördükdən sonra inanıb. 

Nərmin Həsənli