Siyasət 23:05 19.12.2018

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Qaynarinfo-nun məlumatına görə, "CAATSA" qanunu çərçivəsində sanksiyalar altına 18 Rusiya vətəndaşı, "FAN" xəbərlər agentliyi, "İqtisadiyyat bu gün" MMC, "Neva xəbərləri" MMC və usareally.com resursu düşüb.

Bundan əlavə, Qərbdə Skripalların zəhərlənməsində şübhəli sayılan Anatoliy Çepiqa və Aleksandr Mişkin sanksiyalar siyahısına daxil ediliblər.

"Qara siyahıya" həmçinin Project Lakhta şirkətinin əməkdaşı Yelena Xüsəynova da düşüb. (trend)