Dünya 15:40 07.09.2019

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun üzvləri Mardinin Ömərli bölgəsində PKK terrorçularının hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, "Şafak 127 Operasyonu" anti-terror əməliyyat zamanı terrorçuların hücumu nəticəsində Mardin Polis Xüsusi Təyinatlıların şöbə müdiri Tufan Kansuva şəhid olub, bir təhlükəsizlik əməkdaşı isə xəsarət alıb. 

Terrorçulara qarşı əməliyyat davam etdirilir.

Gülşən