Dünya 17:02 12.11.2019

Ukrayna ermənilərin dostuna iki cinayət işi açdı: 12 ilə kimi həbs...

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı jurnalist Vladimir Solovyova qarşı iki cinayət işinə start verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Radanın deputatı Aleksey Qonçarenko məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə hücum" ittihamı ilə istintaq işi açılıb və Solovyova 3-12 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edilir. 

Vladimir Solovyov cinayət işinin açılmasına münasibət bildirib:

"Nasistlərin və Stepan Banderanın yəhudini zəhərləməyə çalışması təəccüblü deyildi. Bu addım Bandera hökumətinin məntiqi ilə atılıb. İstintaq prosesinin başlanması Ukraynanın söz azadlığı və jurnalistlərin hüquqlarına yanaşma tərzini göstərir. Mən Ukrayna vətəndaşı deyiləm və proqramım bu ölkədə qadağan edilib. Ukrayna ərazisinə daxil olmamışam və qayda pozuntusuna yol verməmişəm. Jurnalist kimi öz fikirlərimi bildirirəm".
 
Xatırladaq ki, Vladimir Solovyov erməniləri aşırı sevgisi, Ukraynaya nifrəti ilə məşhurdur.

Gülşən