Foto 16:18 19.01.2018

3 ölkə arasında gərginliyə səbəb olan müqəddəs yer (FOTOLAR)

İsa peyğəmbərin xaç suyuna salındığı İordaniya çayı Qərbi Şəriədə yerləşir və xristianlar tərəfindən ziyarət edilən bölgələrdəndir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İsrail-Fələstin münaqişəsi başlayan 1967-ci ildən bəri ziyarətə bağlı olan yer ötən illərdə İsrail tərəfindən yenidən istifadəyə verildi. Xristianlar ərazidə dini ayinlər icra etmək üçün buranı ziyarət edirlər. İordaniya, çayın öz torpaqlarında yerləşdiyini bildirərək məsələyə etiraz edir. Fələstin isə çay sahili olan Qəsr Əl Yahudun ziyarət məqsədilə istifadəsinə qarşı çıxır və Fələstininin tarixi bölgəsinin işğal olunduğunu bildirir. 

Fələstin-İsrail, İsrail-İordaniya arasında gərginliyin yaranmasına səbəb olan ərazi 50 il əvvəlki müharibədən qalan minalarla doludur və təxminən 100 hektarlıq ərazini əhatə edir.

Gülşən