Dünya 13:18 22.03.2018

3 qadın Trampa müharibə elan etdi

ABŞ prezidenti Donald Trampla cinsi əlaqədə olduğunu irəli sürən Stormi Daniels adı ilə tanınan porno aktrisa Stefani Kliffordun iddiası yalan maşını ilə sübuta yetirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2006-cı ildə Trampın həyat yoldaşı Melaniya Tramp oğlu Barrona hamilə olan zaman bu əlaqə baş verib. 2016-cı il il prezident seçkiləri dövründə Stefani Klifforda mediada çıxış etməməsi üçün 130 min dollar pul ödənilib.

Digər iddia isə "Playboy" jurnalının keçmiş modeli Karen Makdoqldan gəlib. O bildirir ki, 12 il əvvəlki münasibət barədə danışmamaq üçün Tramp ona 150 min dollar ödəyib. 

"Apprentice" adlı yarışın iştirakçılarından olmuş Samma Zirvos isə Tramp tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edir. O, "zorakılıq və böhtan" ittihamı ilə məhkəməyə müraciət edib.

Gülşən