Xəbər lenti

5 may imtahanında ən çox bal toplayan şagird kimdir? (FOTO)
Ölkə 09:57 22.05.2024

5 may imtahanında ən çox bal toplayan şagird kimdir? (FOTO)

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri dünən elan olunub. 

Dövlət İmtahan Mərkəzi bildirib ki, 5 may imtahanında ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib.

 Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Modern.az xəbər verir ki, Masallı rayonunundakı Həsənli kənd məktəbi 5 may imtahanında ən yüksək nəticə göstərmiş məzunun adını açıqlayıb.

Qeyd edilib ki, 2023-cü ildə 9-cu sinfi bitirmiş Turə Alışlı hazırda 10-cu sinifdə təhsil alır və kollecə daxil olmaq üçün ümumi orta təhsil bazası üzrə imtahan verib.

300 mümkün baldan 296,6 bal toplayan Turə Alışlının şəklini təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->