Dünya 17:10 24.03.2018

70 il sonra Səudiyyə səmasından İsrail təyyarəsi uçacaq

Səudiyyə Ərəbistanı hava sərhəddini 70 il sonra İsrailə gedən təyyarələr üçün açıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Hindistan-İsrail səfərini gerçəkləşdirən təyyarə Səudiyyədən keçərək ünvana çatacaq. Daha əvvəl bu barədə 7 martda məlumat verilmişdi. 

Rəsmi İsrail hadisəni bölgədə baş verən müsbət dəyişiklik kimi qiymətləndirib və İsrailin milli havayolu şirkəti "El Al" üçün də eyni qaydanın tətbiqinə ümid etdiklərini vurğulayıb.

Gülşən