Xəbər lenti

8 yaşlı uşaq ailəsini yanğından xilas edərkən öldü - Dram
Dünya 21:43 23.01.2014

8 yaşlı uşaq ailəsini yanğından xilas edərkən öldü - Dram

8 yaşlı amerikalı Tayler Duxan ailəsini yanğından xilas edərkən ölüb.
ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, vaqonda yanğının baş verdiyini görən uşaq tez böyükləri durquzub. Yanğının eletrik keçiricidəki nasazlıqdan qaynaqlandığı bildirilir.

İnsident ABŞ-ın Nyu-York ştatındakı Penfild şəhərində baş verib. Vaqon səhər saatlarında yanmağa başlayıb. Uşaqdan başqa, vaqonda 8 nəfər olub, ancaq onlardan yalnız 6-sı sağ qala bilib. Onların hamısı xəstəxanaya çatdırılıb və hazırda həyatları üçün təhlükə yoxdur. Yaralılardan birinə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Balaca Tayler isə vaqondan özbaşına çıxmaq iqtidarında olmayan babasına kömək etmək istəyib və vaqona qayıdıb, təəssüf bu zaman o da yanğının qurbanına çevrilib.

Penfildin yanğından mühafizə idarəsinin rəisi açıqlamasında bildirib ki, onların hər ikisinin meyiti yatağın üzərində aşkar olunub. Yanğın zamanı uşağın əmisi də vəfat edib, onun cəsədi qonaq otağında tapılıb.

"Mənim tanıdığım insanların heç birində bu balacadakı kimi cəsarət yoxuydu. O əla uşaq idi", - Taylerin əmisi Cozef Breyet deyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->