Dünya 11:55 10.10.2018

80 milyon illik dinozavr yumurtasının qalıqları tapıldı

Çinin "Zhejiang" əyalətində 80 milyon yaşı olan 15 ədəd dinozavr yumurtasının qalıqları tapılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, aşkar edilən qalıqlar tədqiqat üçün "Yiwu" Şəhər Muzeyinə göndərilib. "Zhejiang" Muzeyi Milli Tarixi Yer Elmləri Departamentindən tədqiqatçı Du Tienming yumurta qalıqlarının 80 milyon il əvvələ aid olduğunu bildirib. 

Tapıntı tədqiqat və tədris prosesində istifadə ediləcək.

Qeyd edək ki, ötən ay Çində 130 milyon illik dinozavr qalıqları tapılmışdı.

Gülşən