Dünya 13:34 20.01.2020

82 min insanın təxliyə edildiyi adada yaşayışa icazə verilməyəcək

Filippində yanvarın 12-də püskürən Taal vulkanının olduğu Volka adasının sakinlərinin birdəfəlik təxliyəsi planlaşdırılır.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin daili işlər naziri Eduardo Ano verdiyi açıqlamada təbii fəlakətin baş verdiyi Batanqas əyaləti rəsmilərinin əhalinin yerləşdirilməsi üçün federal hökumətdən ərazi tələb etdiklərini deyib. 4 kənddə yaşayan 6 minə yaxın ailənin təxliyə olunacağı gözlənilir.

Ada milli park statusu daşıdığından normal şərtlərdə davamlı yerləşmə təmin edə bilməyəcəklərini vurğulayan Ano təhlükə səbəbindən hazırda yaşayanların köçürülməsinə qərar verdiklərini diqqətə çatdırıb.

Rodriqo Duterte sözügedən qərarı imzalayıb. Ano adada turizm fəaliyyətlərinin isə davam etdiriləcəyini, lakin daimi məskunlaşmağa icazə verilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Taal vulkanı 1965-ci ildə püskürən zaman bölgədə yaşayan 200 mindən çox insan həyatını itirmişdi. Yanvarın 12-də vulkan ocağından çıxan kül və duman isə 56 kilometr uzaqlıqdakı paytaxt Manilaya qədər gedib çıxmışdı. Rəsmilər hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan etmiş və 82 mindən çox insan təxliyə olunmuşdu.
 
Camal