Ekonomiks 16:00 18.05.2013

Ağ rəngli "Nexus 4" gəlir

"Google" şirkəti ağ rəngli "Nexus 4" smartfonunu istehsal edəcək.

"Android and Me"nin məlumatına əsasən, sözügedən aparatı iyunun 10-dan "Google Play"-dan sifariş etmək mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, internet nəhəngi "Nexus 4" smartfonunu ötən il oktyabrın 29-da Koreyanın "LG" şirkəti ilə əməkdaşlıq çərçivəsində istehsal edib.

Adıçəkilən cihaz 1.5 QHs takt tezlikli dördnüvəli "Snapdragon S4 Pro" prosessoru, "Adreno 320" qrafikası, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş, həmçinin 8 meqapiksellik kamera ilə təchiz edilib.

Ekranın ölçüsü 4,7 düym, kəskinliyi 1280x768 piksel təşkil edir.

Xatırladaq ki, "Android 4.2" əməliyyat sistemi ilk dəfə "Nexus 4" smartfonunda quraşdırılıb.

Qaynar.info