Xəbər lenti

Dünya 14:00 20.04.2024

ABŞ əsgərlərini Nigerdən çıxarır

Amerika rəhbərliyi Niger hakimiyyətinə 1000 əsgərini respublika ərazisindən çıxarmaq planları barədə məlumat verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzetinin jurnalisti Erik Şmitt X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.

Müxbirin sözlərinə görə, artıq qoşunların çıxarılması barədə qərar qəbul edilib. Bunun yaxın aylarda baş verəcəyi gözlənilir.

"Bu, ABŞ-ın Afrikanın problemli Sahel bölgəsindəki terrorla mübarizə və təhlükəsizlik siyasətlərini təhlükə altına salacaq", deyə Şmitt bildirib.

Martın 17-də "Reuters" xəbər verib ki, Nigerin hakim hərbi xuntası Birləşmiş Ştatlarla müqavilələrdən birini ləğv edib. Söhbət Amerika əsgərlərinin və mülki Pentaqonun əməkdaşlarının respublika ərazisində olmaq hüququna malik olduğu sənəddən gedir.

Daha sonra ABŞ dövlət katibi Entoni Blinken vəziyyəti şərh edib. O vurğulayıb ki, Vaşinqton Niger hakimiyyəti ilə əlaqələri davam etdirir və müdafiə sazişinin pozulmasından sonra onlarla gələcək addımları müzakirə edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->