Xəbər lenti

Dünya 13:43 22.05.2024

"ABŞ Gürcüstanla şantaj dilində danışmamalıdır" - Kaxa Kaladze

"Strateji tərəfdaş olan ABŞ Gürcüstanla şantaj və təhdid dili ilə danışmamalıdır - bu, qətiyyən yolverilməzdir".

Qaynarinfo xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Gürcüstanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqi təşəbbüsünü şərh edərkən deyib.

"Şantaj və təhdid dili ilə danışmaq qətiyyən qəbuledilməzdir və hesab edirəm ki, strateji tərəfdaşla bu cür danışmaq olmaz. Amma bir şey aydındır: siz ölkə üçün vacib iş görəndə, digər tərəfdən isə şantaj, siyasətçilərin sanksiyalara məruz qalacağı ilə bağlı bəyanatlar eşidirsiniz, nəyə görə?!” deyə Kaladze bildirib. 

Gürcüstanın hakim partiyasının baş katibi gürcü siyasətçilərinin niyə sanksiyalara məruz qalmasını anlaşılmaz hesab edir.

"Ölkəmizin əhalisinin əksəriyyətinin seçdiyi parlament ölkə daxilində qanunlar qəbul edir və buna görə də siyasətçilərin sanksiyalara məruz qalması ağlasığmazdır, amma indiki reallığı, dünyada baş verənləri nəzərə alsaq, məni daha heç nə təəccübləndirmir", deyə Kaladze əlavə edib.

Qeyd edək ki, "Politico” nərşinin məlumatına görə, amerikalı konqresmen Co Vilsonun qanun layihəsinə görə, Gürcüstan hakimiyyəti anti-Qərb ritorikasından əl çəksə və demokratiyanın möhkəmləndirilməsində irəliləyiş göstərsə, ABŞ viza rejimini liberallaşdıracaq və öz bazarını Gürcüstana açacaq. "Xarici agentlər haqqında” qanun qəbul olunarsa, gürcü siyasətçilərə və məmurlara qarşı sanksiyalar tətbiq olunacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->