Xəbər lenti

Abdullahianın ölümündən sonra XİN rəhbəri vəzifəsini kim icra edəcək?
Dünya 14:16 20.05.2024

Abdullahianın ölümündən sonra XİN rəhbəri vəzifəsini kim icra edəcək?

Xarici işlər nazirinin müavini Əli Baqeri Hüseyn Abdullahianın ölümündən sonra İran Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə müvəqqəti icraçı təyin edilib.  

Qaynarinfo xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın şəhadətindən sonra hökumət kollegiyasının təsdiqi ilə müavini Əli Baqeri nazir səlahiyyətlərini icraçısu seçilib”, - deyə agentlik bildirib.

Xatırladaq ki, mayın 19-da İranın şimal-qərbində, Verzeqan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində ölkə prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imam-cüməsi Ayətullah Məhəmməd Əli əl-Haşimi, İran İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Seyid Mehdi Musəvi və üç ekipaj üzvü həlak olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->