Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Abid Şərifov Azərbaycan Prezideni İlham Əliyev müvafiq sərəncamı ilə vəzifəsindən çıxarılıb. Belə ki, Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, onun yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edilib.

Qaynarinfo xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Abid Şərifov daha bir vəzifəsini də itirib. Belə ki, keçmiş Baş nazirin müavini Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Unikal.org-a açıqlama verən Abid Şərifov Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri vəzifəsini icra etmədiyini təsdiqləyib.