Dünya 15:59 24.06.2018

Trampla Putinin görüş yeri və zamanı açıqlandı (YENİLƏNİB)

Rusiya və ABŞ prezidentləri Vladimir PutinDonald Tramp iyulun 15-də Vyanada görüşəcək.

Qaynarinfo xəbər verir ki, artıq Avstriya hökuməti görüşün hazırlıqlarına başlaıb. Bu barədə bu barədə Avstriyanın "Kronen Zeitung" nəşri yazıb.

Qəzetin yazdığına görə, bir neçə gün əvvəl Moskva və Vaşinqtonun nümayəndələri qarşıda duran Rusiya-ABŞ sammiti ilə bağlı məsələləri ətraflı nəzərdən keçirmək üçün Vyanaya gəliblər. Bundan əlavə, qabaqcıl təhlükəsizlik xidmətləri qrupları Avstriyaya gələrək vəziyyəti öyrənməyə başlayıblar. Şübhəsiz ki, sammitin yekun tarixi gələn həftənin ortalarında müəyyən ediləcək.

***12.04
 
ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, görüş Trampın Milli Təhlükəsizlik Katibi Con Boltonun Moskva ziyarətindən sonra reallaşa bilər. Boltonun bu gün və ya sabah Rusiyaya səfəri gözlənilir.

Məsələ ilə bağlı danışan rəsmi Kremlin sözçüsü Dimitri Peskov iki ölkə liderinin görüşü barədə məlumat olan kimi deyəcəklərini açıqlayıb.

Qeyd edək ki, ötən günlərdə Donald Tramp və Vladimir Putinin iyul ayında görüşəcəyi barədə xəbərlər yayılmışdı.

Gülşən