Foto 11:28 14.09.2018

ABŞ-da 30-dan çox ev partladı: ölü və yaralılar var (FOTOLAR)

ABŞ-ın Massaçusets ştatında təbii qaz xəttində yaranan qəza böyük partlayışa səbəb olub.

Qaynarinfo xəbər verir ki, hadisə zamanı 3 məhəllədə 35-dən çox evdə partlayış olub və 70-dən çox adresdə yanğın baş verib. 1 nəfərin ölümü, 10 nəfərin yaralanmasına səbəb olan qəza yerinə dərhal təcili yardım və 50 yanğınsöndürən cəlb edilib.

Partlayışdan sonra çox sayda insan təxliyə edilib.

Gülşən