ABŞ-ın Tennessi ştatında çılpaq bir adam səhər saatlarında şirniyyat dükanlarından birinə silahlı hücum edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində dükanda olan 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, AR-15 tipli silahdan atəş açan çılpaq şəxsin üzərində sadəcə yaşıl bir jaket olub.
Hadisə yerindən qaçan şəxsin hələ də polis tərəfindən axtarıldığı bildirilir.
Şərhlər