Ekonomiks 10:11 09.02.2018

ABŞ-da hökümət bu il 2-ci dəfə bağlandı

ABŞ-da bu il ərzində 2-ci hökümət böhranı yaşanır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, müvəqqəti büdcənin vaxtı bitmədən yeni büdcənin təsdiqi gecikdirildiyi üçün hökümət son 3 həftədə 2-ci dəfə bağlanıb. Bu dövrün qısa davam etməsi və tezliklə həllini tapması gözlənilir. 

Daha əvvəl 20 yanvar tarixində Respublikaçılarla Demokratlar arasında büdcə məsələsindəki anlaşmazlıq hökümətin bir neçə gün bağlanmasına gətirib çıxarmışdı. Problemin səbəbi kimi uşaq miqrantların mühafizəsi proqramı olan DACA-nın ləğvi də göstərilirdi.

Qeyd edək ki, 2013-cü ildə sabiq prezident Barak Obama dövründə qapanan hökümət ABŞ-a 24 milyard dollara başa gəlmişdi.

Gülşən